Azərbaycanın cüdo millisi Avropa çempionatında bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycanın cüdo millisi Avropa çempionatında bürünc medal qazandı

94452

Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, yığma 3-cü yer uğrunda qarşılaşmada Almaniyanı 4:1 hesabı ilə məğlub edib.

Elcan Hacyev (90 kq) Tom Drosteyə, Ruslan Nəsirli (+90 kq) Paavo Plonertə, Səbinə Əliyeva (57 kq) Bettina Bauerə, Vüsal Qələndərzadə (73 kq) Levi Markta qalib gəlib. Yeganə məğlubiyyəti Nərmin Əmirli (70 kq) alıb. O, Sara Melauya uduzub.

Qızıl medala finalda Türkiyəyə 4:0 hesabı ilə qalib gələn Fransa yiyələnib.

Qeyd edək ki, fərdi yarışlarda Vüsal Qələndərzadə, Elcan Hacıyev və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin