Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.
Kənan Babayev (48 kq) hindistanlı Tali Tabanın ardınca qazaxıstanlı Uslam Seksenbayevi də məğlub edib.
Avropa çempionumuz döyüşü yenə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. O, finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gələcək.
Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. 1/4 finalda Mikita Maliutaya (Ukrayna) qalib gələn təmsilçimiz yarımfinalda İvan Yermolenko (Qazaxıstan) üzərində də qələbə qazanıb – 4:1 (29:28, 28:29, 28:29, 28:29, 28:29). Əlizadə finalda Aleksandr Zelinski (Ukrayna) ilə döyüşəcək.
Anke (Hindistan) və Mobir Trbiçi (Fransa) mübarizədən kənarlaşdıran Daniel Xolostenko (71 kq) finala gedən yolda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından boksçumuz bürünc medalla kifayətlənib.
Denis Dahlla (Norveç) döyüşün taleyinin ilk raundda həll edən Fətəli İsmayılov (80 kq) isə yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşıb. Finala rəqib yüksəldiyindən həmyerlimiz 3-cü yeri tutub.
Qeyd edək ki, final döyüşləri sentyabrın 18-də olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:25 / 18.09.2022
İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazandı - FOTO
Hazırda oxunan: İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazandı - FOTO
Hazırda oxunan: İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazandı - FOTO
94413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.