Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Bizim.Media xəbər verir ki, çempionatın sonuncu günündə üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (65 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Güləşçimizin rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.
Millimizin 2 üzvü də təsəlliverici görüşə çıxacaq. Belə ki, İslam Bazarqanov (61 kq) Beşir Alili (Şimali Makedoniya), Maqomedxan Maqomedov (97 kq) isə polşalı Zbiqniev Baranovski ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:46 / 18.09.2022
Hacı Əliyev dünya çempionatında bürünc medal uğrunda yarışacaq
Hazırda oxunan: Hacı Əliyev dünya çempionatında bürünc medal uğrunda yarışacaq
Hazırda oxunan: Hacı Əliyev dünya çempionatında bürünc medal uğrunda yarışacaq
94410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.