"Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Hazırda oxunan: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

94395

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VII tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk matçda "Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edəcək. 6 oyunun hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu, 2 xala malik qonaqlar 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 17-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar üstündür - 52:28.

Günün və turun sonuncu görüşündə "Qarabağ" "Zirə"nin qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 15 xalla 3-cü, "qartallar" isə 10 xalla 5-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 27 dəfə qarşılaşıblar.

Bunların 18-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. Digər 8 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionunun aşkar üstünlüyü var - 55:12. "Zirə" isə heç vaxt bu rəqibinə qalib gələ bilməyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin