Dünya çempionatında biabırçılıq ”“ Himni səhv saldılar - VİDEO

Hazırda oxunan: Dünya çempionatında biabırçılıq ”“ Himni səhv saldılar - VİDEO

94361
ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında bıabırçı hadisə baş verib.
 
Publika.az xəbər verir ki, yarışın təşkilatçıları Rusiya himnini səhv salıblar. 75 kq-da çempion olan rusiyalı yunan-Roma güləşçisi Roman Vlasovun mükafatlandırma mərasimində Rusiyanın əvvəlki himni səsləndirilib. Vlasovun əl hərəkətləriylə etirazını bildirdikdən sonra təşkilatçılar səhvini başa düşüb.
 
Zala toplaşanlar isə təşkilatçıların səriştəsizliyini fitə basıb. Bir neçə dəqiqədən sonra müasir himn səslənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin