Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyun KEÇİRİLƏCƏK

Hazırda oxunan: Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyun KEÇİRİLƏCƏK

94310

Bu gün Azərbaycan Premyer Liqasında VII tur çərçivəsində növbəti oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, “Qəbələ” klubu “Sumqayıt”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Hazırda “Qəbələ” 9 xalla turnir cədvəlində 6-cı, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin