İspaniyanın "Barselona" klubu sabiq baş məşqçisi Kike Setyenlə təzminat barədə razılığa gələ bilmir.
Bizim.Media "Cadena Ser"ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya təmsilçisindən 4 milyon avro tələb edir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan millisinin futbolçusu Niderland klubunda debüt etdi
Klub rəhbərliyi gözləntiləri doğrultmadığı üçün işdən çıxarılan keçmiş baş məşqçiyə təzminat vermək istəmir.
"Barselona" bu cür ödəmələrə çox pul xərcləyib. Klub Setyendən əvvəl Ernesto Valverdeyə 11 milyon avro təzminat ödəyib. Rəhbərlik hazırkı baş məşqçi Ronald Kuman üçün isə Niderland Futbol Federasiyasına 5 milyon avro ödəniş edib.
Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib.
Bizim.Media