“Ağdamlılar dünən erməni qarışıq bütün Fransanı məyus etdi” – Aqil Abbas 

Hazırda oxunan: “Ağdamlılar dünən erməni qarışıq bütün Fransanı məyus etdi” – Aqil Abbas 

94209

“Dünən “Qarabağ” “Nant”ı cırıq-cırıq etməklə fransızlara sübut etdi ki, biz də futbol oynaya bilirik. Bütün Azərbaycan bilir ki, fransızlar ermənilərin böyük bacısıdır. Ona görə də “Qarabağ”-ın bu qələbəsi nəinki “Nant”-ı, erməni qarışıq bütün Fransanı məyus etdi. Bu münasibətlə bütün “Qarabağ” oyunçularını, Qurban Qurbanovu və cənab prezidentimizi təbrik edirəm”.

Bu fikirlər millət vəkili Aqil Abbasa məxsusdur. O, Bizim.Media-ya verdiyi açıqlamada Ermənistanın Azərbaycan sərhəddində törətdiyi son təxribat və “Qarabağ FK”-nın “Nant” üzərindəki qələbəsi barəsində danışıb.

Millət vəkili açıqlaması zamanı Fransanın sədirliyi ilə BMT-nin Azərbaycan və Ermənistan sərhəddində baş verən son gərginliklə bağlı dünən  keçirilən iclasına da toxunub:

“Fransa nə etsə də, bunun Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Azərbaycan bu gün regionda, Avropada və dünyada söz sahibidir. BMT səviyyəsində Azərbaycan əleyhinə heç bir qərar qəbul edilməyəcək, çünki bu qurum 30 ildir ki, işğalçı Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxara bilmir. Qurumun bir-iki bəyanatdan başqa qəbul edə biləcəyi heç nə olmayacaq”.

Aqil Abbas ermənilərin dünən sosial-şəbəkələrdə səsləndirdikləri “Qarabağ” FK-nın qara dərili oyunçularının azərbaycanlı olmaması fikirlərinə də reaksiya verib:

“Bu torpağın çörəyini yeyib suyunu içən hər kəs özünü azərbaycanlı hesab edir və bununla da fəxr edir. Çünki bu torpağın çörəyində bərəkət, suyunda isə qeyrət var. O mənada komandanın bütün oyunçuları dərdimizi də bilir, yaramızı da. Onlar meydana çıxanda elə şəhidlərimizin ruhuna bütünüb çıxmışdılar.

Hazırda Tovuzda və Qazaxda şəhid dəfnlərində iştirak edirəm. “Qarabağ” FK-nın dünənki qələbəsi torpağımız üçün dəfn etdiyimiz bu cavan canların, günahsız şəhidlərimizin milli ruhuna ithaf olundu. Komanda 90 dəqiqə ərzində 10 milyonluq Azərbaycan xalqı üçün döyüşdü.
O xalq üçün ki, dünən dəfn etdiyimiz şəhidimizi 2,5 km-lik məsafədə bir dəfə də yerə qoymadan çiyinlərində apardı”.

Leyla Şah , Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin