Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 20:45-də “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, azarkeşlər öz təşəbbüsləri ilə arenada matçdan öncə bir dəqiqəlik sükutla sərhəddəki təxribatlar nəticəsində şəhidlərimizin xatirəsini anacaqlar.
Xatırladaq ki, Ağdam təmsilçisi matçdan öncə Ermənistan təxribatı nəticəsində şəhid olan həmvətənlərimizlə bağlı bir dəqiqəlik sükut elan edilməsi üçün UEFA-ya müraciət etmişdi. Lakin UEFA bu müraciətə müsbət cavab vermədi.
Buna baxmayaraq, azarkeşlər öz təşəbbüsləri ilə arenada bir dəqiqəlik sükut edəcəklər.
Bununla əlaqədar “Qarabağ”ın “İmarət Tayfa” fan klubu sosial şəbəkə səhifəsində bütün azarkeşlərə müraciət ünvanlayıb:
“Qarabağ”-“Nant” matçında şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hər kəsdən start fitindən sonra bir dəqiqəlik ayaq üstdə sükut etməyi xahiş və tələb edirik. Şəhidlər ölməz, Vətən bölünməz!”
Bizim.Media
- A-
- A
- A+
İdman
12:05 / 15.09.2022
“Qarabağ” - “Nant” oyunundan öncə ŞƏHİDLƏRİMİZ ANILACAQ
Hazırda oxunan: “Qarabağ” - “Nant” oyunundan öncə ŞƏHİDLƏRİMİZ ANILACAQ
Hazırda oxunan: “Qarabağ” - “Nant” oyunundan öncə ŞƏHİDLƏRİMİZ ANILACAQ
93951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.