Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məumat yayıb.
Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında çıxış edən 50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbçilərimizə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib:
"Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Bizim.Media