ABŞ-da təlim-məşq toplanışını başa vuran kişi boksçulardan ibarət Azərbaycan milli komandası Puebloda keçirilən beynəlxalq turnirə qatılıb.
Bizim.Media Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışın ilk günü 2 idmançımız mərhələ adlayıb.
57 kq çəki dərəcəsində rinqə çıxan Ümid Rüstəmov çinli Xinyan Vanqdan güclü olub.
Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Rüstəmov yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, finala vəsiqə uğrunda Ping Lyu (Çin) ilə üz-üzə gələcək.
Nəbi İsgəndərov da yarışa uğurla başlayıb. 71 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının mükafatçısı çinli Qiançenq Vanqa qalib gəlib. O, 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Bununla da, özü üçün ən azı bürünc medalı təmin edən İsgəndərov növbəti döyüşündə Omari Consu (ABŞ) sınağa çəkəcək.
Onlardan fərqli, Tayfur Əliyev Ronqyao Baya (Çin), Malik Həsənov (hər ikisi 63,5 kq) isə Verşan Liyə (ABŞ) məğlub olub.
Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları sentyabrın 14-də olacaq. Həmin gün Məsud Yusifzadə (51 kq) və Məhəmməd Abdullayev (+92 kq) də rinqə çıxacaqlar. Boksçularımız müvafiq olaraq, Bo Fanq (Çin) və Danabieke Bayikevuzi (Çin)/Nikita Putilov (Almaniya) cütünün güclüsü ilə döyüşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:04 / 13.09.2022
2 boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
Hazırda oxunan: 2 boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
Hazırda oxunan: 2 boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
93524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.