Dünya çempionatı: 2 qadın güləşçimiz mübarizəyə başlayacaq

Hazırda oxunan: Dünya çempionatı: 2 qadın güləşçimiz mübarizəyə başlayacaq

93508

Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 53 kq çəkidə Leyla Qurbanova 1/8 finaldan mübarizəyə başlayacaq.

O, moldovalı Yuliye Leorda ilə qarşılaşacaq. 

63 kq-dakı Elis Manolova isə Türkiyə idmançısı Aslı Demirlə çinli Jia Lonqun görüşünün qalibi ilə üz-üzə gələcək. 

Həmçinin yunan-Roma güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaq. 60 kq çəkidə Murad Məmmədov litvalı Yustias Patraviçyusla misirli Ahmed Mahmudun görüşünün qalibini məğlub etməyə çalışacaq.
130 kq-da Sabah Şəriəti qazaxıstanlı Alimxan Sidikovdan üstün olmağa çalışacaq. 

Qadın güləşçilərimizdən Tatyana Omelçenko çinli Xiaojuan Luo ilə üz-üzə gələcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin