Səlim Müslümov Türkiyəyə gedir

Hazırda oxunan: Səlim Müslümov Türkiyəyə gedir

92298
Sentyabrın 3-4-də Ankara şəhərində Türkiyə dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi çərçivəsində əmək və məşğulluq nazirlərinin toplantısı keçiriləcək. 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Moderator.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaqdır. 

Qeyd edək ki, Türkiyənin  G20 qrupuna sədrliyi dövründəki toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin