“Qarabağ”la matça hazırlaşan “Frayburq”da CİDDİ İTKİ

Hazırda oxunan: “Qarabağ”la matça hazırlaşan “Frayburq”da CİDDİ İTKİ

91915

“Frayburq”un yarımmüdafiəçisi Rolland Şallai ciddi zədə alıb.

Bizim.Media "sport.ru"-ya istinadən xəbər verir ki, “Bayer”lə səfər matçının 4-cü dəqiqəsində rəqib futbolçunun zərbəsi onun gözünə dəyib.

Macarıstan millisinin də 25 yaşlı futbolçusu olan Şallai “Frayburq”un liderlərindən sayılır. Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, “Frayburq” növbəti görüşünü sentyabrın 8-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. 

Avropa Liqasının qrup mərhələsinin bu oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin