Quba rayonunda yeni döyüş növü icad olunub.
Avropa.info xəbər verir ki, Quba rayon sakini Əflatun İsrafilov yeni "su yolu" döyüş növünü təqdim edib.
Əflatun İsrafilovun mətbuat sözçüsü Mənsur Xaspoladovun sayta verdiyi məlumata görə, "su yolu" döyüş növünün artıq kitabı yazılıb, müəllif hüququ alınıb və bir neçə xarici ölkəyə bu döyüş növü haqqında məlumatlar göndərilib.
Məsələ ilə bağlı Yaponiyadan Əflatun İsrafilovun ünvanına dəvət məktubu da gəlib.





























































































