Daha bir çimərlik güləşçimiz dünya ÇEMPİONU OLDU

Hazırda oxunan: Daha bir çimərlik güləşçimiz dünya ÇEMPİONU OLDU

91775

Rumıniyanın Konstantsa şəhərində keçirilən U-20-lər arasında çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, Fərid Cabbarov (90 kq) dünya çempionu olub.

Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb.
Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb.

Qeyd edək ki, daha əvvəl Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərlidən (80 kq) ibarət Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi eyni məkanda həm fərdi yarışda, həm də komanda hesabında dünya çempionu olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin