“Qarabağ” komandası tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb.
Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”i səfər oyununda 1:0 hesabı ilə yenib.
Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən "köhlən atlar" startdakı qələbə seriyasını 4-ə çatdırıb.
“Qarabağ” bunadək 4 dəfə belə başlanğıca nail olub. 2003/2004, 2013/2014, 2017/2018 və 2019/2020 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb. “5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar 4 dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/1995, 1996/1997 və 2000/2001 mövsümlərinə belə başlayıb.
"Kəpəz" isə mövsümdə ardıcıl 5-ci məğlubiyyətini alaraq, son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə Gəncə təmsilçisindən başqa heç bir komanda ilk 5 turu xalsız başa vurmayıb. Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/2016 mövsümünün əvvəlində beş məğlubiyyəti sıralayıb.
“Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/2013 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər 5-ci görüşdə qələbə qazanmışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:44 / 02.09.2022
"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib
Hazırda oxunan: "Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib
Hazırda oxunan: "Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib
91670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.