Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında onuncu tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Gülnar Məmmədova yarışın lideri Monika Soçko (Polşa) ilə sülhə razılaşıb. Digər şahmatçılarımız Günay Məmmədzadə Elina Danielyan (Ermənistan), Ülviyyə Fətəliyeva İnna Qaponenko (Ukrayna), Gövhər Beydullayeva isə fransalı Sofi Milye ilə heç-heçə edib.
Yığmamızın üzvü Xanım Balacayeva isə İrina Bulmaqaya (Rumıniya) uduzub.
Bu turda Azərbaycan şahmatçıları Ləman Hacıyeva macarıstanlı Joka Qaala, Səbinə İbrahimova isə Martina Folkovaya (Çexiya) qalib gəliblər.
Onuncu turdan sonra Günay Məmmədzadə 7,5 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Onu son tur öncəsi lider Monika Soçkodan cəmi 0,5 xal ayırır. Gülnar Məmmədova 7 xalla 6-cı, Gövhər Beydullayeva 6,5 xalla 10-cu, Ləman Hacıyeva 6 xalla 23-cü, Xanım Balacayeva 6 xalla 31-ci və Səbinə İbrahimova 5 xalla 66-cıdır.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:22 / 31.08.2022
Şahmatçımız Avropa çempionatında ikinci pillədədir
Hazırda oxunan: Şahmatçımız Avropa çempionatında ikinci pillədədir
Hazırda oxunan: Şahmatçımız Avropa çempionatında ikinci pillədədir
91254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.