"Qarabağ"ın hücumçusu İbrahima Vadjinin Fransanın "Sent Etyen" klubuna transfer olması ilə bağlı xəbər vermişdik. Artıq futbolçunun yeni komandasında debüt edəcəyi vaxt da məlum olub.
Bizim.Media xəbər verir ki, 27 yaşlı oyunçu sentyabrın 5-də Liqa 2-nin 7-ci turu çərçivəsində "Pau" ilə səfər oyununda yeni komandası ilə ilk dəfə meydana çıxacaq.
Bu barədə "L Equipe" nəşri məlumat yayıb.
Seneqallı hücumçunun rəsmi olaraq "Qarabağ"dan gedişinin bu gün və ya sabah açıqlanacağı gözlənilir. Ondan sonra isə "Sent Etyen"də tibbi müayinədən keçəcək olan futbolçu, bu səbəbdən sabah "Bastiya" ilə 6-cı turda keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Fransa klubunun Vadjinin transferinə görə Ağdam təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəyəcəyi bildirilir.
2021-ci ilin yayından "Qarabağ"da çıxış edən hücumçu 36 oyunda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:38 / 29.08.2022
Vadji Fransa klubunda ilk oyununa çıxır
Hazırda oxunan: Vadji Fransa klubunda ilk oyununa çıxır
Hazırda oxunan: Vadji Fransa klubunda ilk oyununa çıxır
90896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.