"Kəpəz" Azərbaycan Premyer Liqasının 4-cü turunun oyununda "Səbail"ə 1:4 hesabı ilə məğlub olub.
Bizim.Media xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb.
O qeyd edib ki, ilk hissədə üstünlük komandasında olub. Lakin qol imkanlarından istifadə edilməyib:
"İkinci hissəyə pis başladıq, qapımızda qol gördük. Daha sonra öz səhvimizdən ikinci qolu buraxdıq. Sonra qırmızı vərəqə və nəticədə 1:4 hesabı ilə məğlub olduq. Komandam futbol oynamaq istəyirdi. Azlıqda qalanda da müdafiəyə oturmurdular".
Baş məşqçi yerli azarkeşlərin davranışını anlamadığını da dilə gətirib:
"Mən başa düşə bilmirəm. Düzdür, komanda uduzur, istefa qışqırırlar. Amma biz qol vuranda da istefa qışqırırlar. Bakıda "Neftçi" ilə oyunda da. "Neftçi" elə-belə komanda deyil. Onlara qol vurmağa hər komanda çətinlik çəkir. Qol vururuq, istefa qışqırırlar. Bu, birinci dəfə deyil. Ötən mövsüm qələbə qazandığımız oyunlarda da belə idi. Mən özüm də başa düşə bilmirəm".
Bizim.Media
- A-
- A
- A+
İdman
21:32 / 27.08.2022
"Kəpəz"in baş məşqçisi: "Qol vururuq, istefa qışqırırlar"
Hazırda oxunan: "Kəpəz"in baş məşqçisi: "Qol vururuq, istefa qışqırırlar"
Hazırda oxunan: "Kəpəz"in baş məşqçisi: "Qol vururuq, istefa qışqırırlar"
90752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.