Cüdoçularımız dünya çempionatını başa vurdu - 3 MEDAL

Hazırda oxunan: Cüdoçularımız dünya çempionatını başa vurdu - 3 MEDAL

90732

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulub.

Ramazan Əhmədov (90+ kq) ilk görüşündə Con Messe Bessonqa (Kanada) uduzub.

Qadınların yarışında Nigar Süleymanova (70+ kq) Sevinc Turakulovanı (Özbəkistan) və Morqan De Paolini (İtaliya) mübarizədən kənarlaşdırsa da, Selia Kankanın (Fransa) müqavimətini qıra bilməyib.

Təsəlliverici görüşdə Yovana Styepanoviçə (Serbiya) məğlub olan Süleymanova medalsız qalıb.

Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatını üç medalla başa vurublar. Daha əvvəl Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin