Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan komandasının 3 üzvü medal görüşünə çıxacaq.
Belə ki, Nizami İmranov (60 kq) fransalı Dayyan Boulemtafes, Nicat Nağıyev (66 kq) italiyalı Federıko Bosis, Aydan Vəliyeva (48 kq) macarıstanlı Luka Veg ilə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, komandamızın aktivində indiyədək bir medal var. Belə ki, millimizin üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medalını qazanıb.
Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:48 / 25.08.2022
Cüdoçularımız bürünc medal uğrunda mübarizə aparacaqlar - Dünya çempionatı
Hazırda oxunan: Cüdoçularımız bürünc medal uğrunda mübarizə aparacaqlar - Dünya çempionatı
Hazırda oxunan: Cüdoçularımız bürünc medal uğrunda mübarizə aparacaqlar - Dünya çempionatı
90441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.