“Çempionlar Liqasının bir addımlığında uduzmaq ağırdır. Amma nə etməli? “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi çox güclü rəqibləri keçdik. Bu, o qədər də asan deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “1news.az”a müsahibəsində deyib.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan “Viktoriya”ya uduzan (1:2) Ağdam klubu artıq Bakıya qayıdıb. Millimizin də üzvü olan qolkiper hava limanında Çexiya klubu ilə matçı dəyərləndirib:
Buraxılan ilk qolda kobud səhvə yol verən Məhəmmədəliyev bunun utancverici olduğunu bildirib:
“Əlbəttə, üzücüdür. Belə məqamlarda fikirləşirsən ki, Şahruddin olmaqdansa, səni heç kim tanımasa, daha yaxşı olardı. Açığı, bir səhvdən sonra mənə belə nifrət ediləcəyini gözləyirdim. Amma bu futboldur və bu, bizim işimizin bir hissəsidir.
Bəli, utancvericidir, amma səbirli olmaq lazımdır. Bunun üçün məşq edirik və daha yaxşı olmağa çalışırıq. Bu vəziyyətdə nə edə bilərəm? Mən hələ də həmin Şahruddinəm. Öz üzərimdə işləyirəm. Bu səhv bilərəkdən baş vermir. Bundan əvvəl də oyunlar olub”.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:02 / 24.08.2022
“Mənə nifrət edəcəklər” - “Qarabağ”ın qapıçısı
Hazırda oxunan: “Mənə nifrət edəcəklər” - “Qarabağ”ın qapıçısı
Hazırda oxunan: “Mənə nifrət edəcəklər” - “Qarabağ”ın qapıçısı
90191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.