Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu Xorvatiyada Norveçin "Budö Qlimt" komandasını sınağa çəkəcək. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" da cavab oyununu evdə keçirəcək. Qara dəniz təmsilçisi Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edəcək.
PSV isə Niderlanda Şotlandiya "Reyncers"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınıb - 2:2.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
24 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç)
İlk oyun - 0:1
23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:2
23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2
Qeyd edək ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:51 / 24.08.2022
Çempionlar Liqasında “pley-off”a bu gün yekun vurulacaq
Hazırda oxunan: Çempionlar Liqasında “pley-off”a bu gün yekun vurulacaq
Hazırda oxunan: Çempionlar Liqasında “pley-off”a bu gün yekun vurulacaq
90154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.