UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu dünən gecə Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. Bununla belə komandamız Avropa Liqasının qrup mərhələsində öz çıxışını davam etdirəcək.
Bizim.Media xəbər verir ki, “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinə çıxmaqla büdcəsini xeyli zənginləşdirib. Belə ki, Ağdam təmsilçiləri qrup mərhələsinə çıxdığı üçün UEFA-dan 4.1 milyon avro alacaq.
MÖVZU İLƏ BAĞLI:
Qurban Qurbanov: “Futbol səhvlər üzərində qurulub”
Ümumilikdə isə komandamız ÇL-nin pley-off və AL-nin qrup mərhələsini təmin etdiyi üçün 9,11 milyon avro qazanıb.
Təmsilçimizin gəlirləri bununla bitmir. “Qarabağ” Bakıda keçirdiyi 4 oyunda (“Lex”, “Sürix”, “Ferentsvaroş” və “Viktoriya” ilə oyunları) bilet satışından 2.5 milyon manatdan çox gəlir əldə edib.
Surxay Atakişiyev, Bizim.Media