Azərbaycan kikboksinq millisi İslamiadada medal sıralamasında İLK “ÜÇLÜK”DƏ 

Hazırda oxunan: Azərbaycan kikboksinq millisi İslamiadada medal sıralamasında İLK “ÜÇLÜK”DƏ 

89385

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk "3-lüy"ə düşüb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış milli komanda medal sıralamasında 3-cü olub.

1-ci yeri meydan sahibi Türkiyə tutub. Türklər 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Qazaxıstan 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının ümumi sıralamasında 99 medal qazanıb.

29 qızıl, 36 gümüş və 34 bürünc medal qazanmış Azərbaycan Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin