Cüdoçularımızın V İslam Həmrəyliyi Oyunlarında mübarizəsi davam edir.
Bizim.Media xəbər verir ki, təmsilçilərimizdən Könül Əliyeva (48 kq) və Nəriman Mirzəyev (73 kq) uğurla çıxış edərək finala yüksəliblər.
Bundan əvvəl tatami ustamız Balabəy Ağayev (60 kq) də həlledici mərhələyə vəsiqə qazanıb. Telman Vəliyev (73 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:25 / 15.08.2022
Daha iki cüdoçumuz İslamiadanın finalına yüksəldi
Hazırda oxunan: Daha iki cüdoçumuz İslamiadanın finalına yüksəldi
Hazırda oxunan: Daha iki cüdoçumuz İslamiadanın finalına yüksəldi
88706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.