1-7 oktyabr tarixlərində Bakıda görmə məhdudlu idmançılar arasında təşkil edilməli olan pauerliftinq üzrə dünya çempionatı Azərbaycanın əlindən alınıb.
Bizim.Media xəbər verir ki, yarış 1-8 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərinə salınıb.
Qeyd edək ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyası (IBSA) yanvarın 17-də bu dünya çempionatının Bakıda keçiriləcəyini elan etmişdi.
Benç press növ də daxil olmaqla baş tutmalı olan yarış gənclər, böyüklər və veteranlar arasında keçirilməli idi.
1 oktyabrda 10 ölkənin 100-ə yaxın ən yaxşı kişi və qadın idmançıları Bakıya gəlib "Hyatt Regency Hotel"də məskunlaşmalı, 2-3 oktyabrda göz təsnifatı keçirilməli, 4-6 oktyabrda yarış baş tutmalı idi. Həmçinin, bu müddətdə IBSA pauerliftinq referiləri üçün seminarın da Bakıda təşkil olunması nəzərdə tutulmuşdu. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
14:26 / 15.08.2022
Azərbaycandan alınan dünya çempionatı bu ölkəyə verildi
Hazırda oxunan: Azərbaycandan alınan dünya çempionatı bu ölkəyə verildi
Hazırda oxunan: Azərbaycandan alınan dünya çempionatı bu ölkəyə verildi
88650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.