Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.
Bizim.Media xəbər verir ki, bu gün mübarizə aparan Azərbaycanın yeganə qadın güləşçisi Jalə Əliyeva (57 kq) A qrupunda ilk görüşdə özbəkistanlı Layloxon Sabirovaya "tuşe" ilə qalib gəlib.
Kişilərdən Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə cəmi 26 saniyəyə tacikistanlı Bəxtəvər Həsənovu 8:0 hesabıyla məğlub edib. O daha sonra qırğızıstanlı Atabəy Azisbəyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Sabah Şəriəti (130 kq) B qrupunda ilk görüşdə özbəkistanlı Mumincan Abdullayevə 4:1 hesabıyla qalib gəlib. Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün titullu güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da mübarizə aparacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:41 / 13.08.2022
Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər - İslamiada
Hazırda oxunan: Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər - İslamiada
Hazırda oxunan: Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər - İslamiada
88411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.