Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaq - İslamiada 

Hazırda oxunan: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaq - İslamiada 

88365

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək. 

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq. 

Ağırlıqqaldırma (kişilər)

A qrupu 

11:30. Paşa İbrahimli (73 kq) 

B qrupu 

13:00. Füqan Əliyev (81 kq) 

Güləş (yunan-Roma və qadın güləşi) 

Təsnifat - 12:30. Finallar - 18:30. 

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) 

Qadın güləşi: Jalə Əliyeva (57 kq) 

Həndbol (qadınlar) 

yarımfinal 

14:00. Azərbaycan - Özbəkistan 

Voleybol (kişilər) 

B qrupu 

17:00. Azərbaycan - Mərakeş 

Basketbol 3x3 (kişilər) 

C qrupu 

17:20. Mali - Azərbaycan 

22:00. Azərbaycan - Türkiyə 

Bədii gimnastika 

Fərdi və komanda sıralama, təsnifat və finallar 

15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası 

Aerobika gimnastikası 

Kişilər və qadınlar 

11:00. Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva 
Para-oxatma (qadınlar) 

15:00. Azadə Abdullayeva 

Velosiped 

10:00. Kişilər və qadınlar 

Qadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova 

Kişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov 

Üzgüçülük 

Təsnifat - saat 11:00, yarımfinallar və finallar - 18:00 

100 m. batterflay kişilər: Ramil Vəlizadə 

50 m. brast qadınlar: Ayan Kələntərova 

50 m. brass kişilər: Vəli İsrafilov 

200 m. individual qarışıq qadınlar: Ayan Kələntərova 

4x100 m. sərbəst, kişilər: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov 

800 m. sərbəst, qadınlar: Aysel Səfərova 

Qeyd edək ki, ilk 8 günün nəticəsinə əsasən Azərbaycan 7 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin