23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
Bizim.Media Report.az-a istinadən xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib. “Konya Cumhuriyet” stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Milli komandadan qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, yığma qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:00 / 12.08.2022
Futbol yığmamız İslamiadada yarımfinala yüksəldi
Hazırda oxunan: Futbol yığmamız İslamiadada yarımfinala yüksəldi
Hazırda oxunan: Futbol yığmamız İslamiadada yarımfinala yüksəldi
88292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.