Güləşçilərimiz İslamiadada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar

Hazırda oxunan: Güləşçilərimiz İslamiadada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar

88131

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.

Bizim.Media xəbər verir ki, final mərhələsində İslam Bazarqanov (61 kq) Cahangirmirzə Turabov, Leyla Qurbanova (53 kq) Aktenqe Keunimjayeva (hər ikisi Özbəkistan), Gözəl Zutova (72 kq) Buse Çavuşoğlu (Türkiyə) ilə qızıl medal uğrunda mübarizə aparacaqlar.

Əsgər Məmmədəliyev (70 kq) Cəmşid Şərifov (Tacikistan), Tatyana Omelçenko (62 kq) Herlina Xarişma Tantri (İndoneziya), Hacımurad Ömərov (79 kq) Mehir Koşkinbayev, Osman Nurmaqomedov (92 kq) Abdimanap Baigenjeyev (hər ikisi Qazaxıstan) ilə bürünc medal uğrunda döyüşəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin