“Neftçi”ni dəstəkləmək üçün 500 azarkeşimiz stadionda olacaq – Vyanadan Ceyhun Əliyev yazır - FOTO

Hazırda oxunan: “Neftçi”ni dəstəkləmək üçün 500 azarkeşimiz stadionda olacaq – Vyanadan Ceyhun Əliyev yazır - FOTO

88035

Ötən gün “Neftci” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Avstriya “Rapid”inə qarşı baş tutacaq matçın son məşqinə çıxıb. Vyananın “Alyans” stadionundakı yeganə hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Ənənəyə sadiq qalaraq, istənilən komanda bu dəqiqələr ərzində yalnız isinmə hərəkətləri ilə kifayətlənir ki, heç bir taktiki hazırlıq barədə məlumat sızmasın. 

23 min tutuma malik “Alyans”ın ot örtüyü istənilən səviyyədə olmasa da mövsümün bu dövrü üçün “ağ-qaralar”a doğma görünür. Hər halda, “Bakcell Arena”da da analoji vəziyyətlə mütəmadi olaraq üzləşilir. 

Əldə etdiyimiz məlumata görə, Motsartın Vətənində bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək matçda anşlaq olacaq. Biletlərin tam satıldığı bildirilir. 

Avropada yaşayan azərbaycanlı futbolsevərlərin də görüşü canlı izləyəcəkləri gözlənilir. Onlar üçün ayrılan iki tribunanın neçə faizinin dolacağına dair dəqiq informasiya hələ ki, yoxdu.

Ehtimal olunan azarkeş sayı 400-500 nəfər arasıdır. 22 min nəfərə qarşı 400-500 nəfər elə də pis deyil.
 

Komandamızın baş məşqçisi Laurentsiu Regekamf matçöncəsi mətbuat konfransında ağ-qaralara bərabərlik kifayət etsə də Vyanaya qələbə arxasınca gəldiklərini vurğulayıb. Rumıniyalı mütəxəssis rəqibin yetərincə güclü olmasını hələ ilk oyunda hiss etdiklərini, lakin futbolçularına maksimum güvəndiyini də vurğulayıb.


Qeyd edək ki, bu komandalar arasında 1 həftə öncə Bakıda baş tutan matçda “Neftçi” 2:1 hesabı ilə qələbə qazanıb.

Ceyhun Əliyev, Vyanadan xüsusi olaraq Bizim.Media üçün







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin