Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunları davam edir.
Bizim.Media xəbər verir ki, sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) 3-cü yer uğrunda görüşdə tacikistanlı Hikmətulla Vahidova 8:7 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Qadın güləşində 59 kq-da mübarizə dairəvi sistem üzrə keçirilib. Təmsilçimiz Alyona Kolesnikilk turda qazaxıstanlı Güldana Bekeşə, ikinci turda idə özbəkistanlı Dilfuza Aimbetovaya "tuşe" ilə qalib gəlib.
Kolesnik 3-cü turda nigeriyalı Adekuoroye Odunayoya 1:3 hesabıyla məğlub olub. Sonuncu - 4-cü turda türkiyəli Elmas Çelik üzərində də "tuşe" ilə qələbə qazanan Alyona gümüş medala sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:27 / 10.08.2022
Güləşçilərimiz iki medal qazandı - V İslam Həmrəyliyi Oyunları
Hazırda oxunan: Güləşçilərimiz iki medal qazandı - V İslam Həmrəyliyi Oyunları
Hazırda oxunan: Güləşçilərimiz iki medal qazandı - V İslam Həmrəyliyi Oyunları
87952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.