Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Bizim.Media xəbər verir ki, 59 kq-da çıxış edən idmançı yarımfinalda türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib.
Kolesnik bu nəticə ilə ən azı gümüş medalı təmin edib.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, daha sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:32 / 10.08.2022
4 güləşçimiz İslamiadada FİNALA YÜKSƏLDİ
Hazırda oxunan: 4 güləşçimiz İslamiadada FİNALA YÜKSƏLDİ
Hazırda oxunan: 4 güləşçimiz İslamiadada FİNALA YÜKSƏLDİ
87904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.