Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik İslamiadada keçirdiyi ikinci görüşdən də qalib ayrılıb.
Bizim.Media xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 59 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz qrup mərhələsi çərçivəsində ikinci görüşündə Özbəkistan idmançısı Dilfuza Aimbetovanı 6:3 hesabı ilə üstələyib.
Güləşçimiz ilk görüşündə Qazaxıstan təmsilçisi Dürdana Bekeşi 12:0 hesabı ilə məğlub edib.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:56 / 10.08.2022
Güləşçimiz İslamiadada keçirdiyi 2-ci görüşdə də qalib gəldi
Hazırda oxunan: Güləşçimiz İslamiadada keçirdiyi 2-ci görüşdə də qalib gəldi
Hazırda oxunan: Güləşçimiz İslamiadada keçirdiyi 2-ci görüşdə də qalib gəldi
87880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.