UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, 10 cavab qarşılaşmasının hamısı eyni gündə gerçəkləşib.
Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"a 3:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Ağdam təmsilçisi Moldova "Şerif"ini mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə növbəti raundda üz-üzə gələcək.
Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkib. İlk matçda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşündə də rəqibinə şans verməyib - 4:2. Emreli sonadək ehtiyatda qalıb. "Dinamo" pley-off-da Norveçin "Budö Qlimt" komandası ilə görüşəcək.
"Qarabağ", "Viktoriya" və "Dinamo" ilə yanaşı, İsrailin "Makkabi" (Hayfa), Serbiyanın "Srvena Zvezda", Portuqaliyanın "Benfika", Niderlandın PSV, Ukraynanın "Dinamo" (Kiyev) və Şotlandiyanın "Reyncers" klubları da pley-offa adlayıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:53 / 10.08.2022
Çempionlar Liqası: 10 komanda pley-offa yüksəldi – SİYAHI
Hazırda oxunan: Çempionlar Liqası: 10 komanda pley-offa yüksəldi – SİYAHI
Hazırda oxunan: Çempionlar Liqası: 10 komanda pley-offa yüksəldi – SİYAHI
87805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.