"İlk dəfədir ki, heyətdə legionerlər var" - "Sumqayıt"ın baş məşqçisi

Hazırda oxunan: "İlk dəfədir ki, heyətdə legionerlər var" - "Sumqayıt"ın baş məşqçisi

87416

"Bu hesab bir neçə amilin nəticəsidir. Məğlubiyyətdə rəqibin səviyyəsi də öz sözünü dedi. Ümumi səhvlər və əldə etdiyimiz imkanlardan yararlanana bilməməyimiz nəticəyə təsir etdi".

Bizim.Media xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis matça kifayət qədər inamsız başladıqlarını bildirib:

"Buna bir neçə səbəb gətirə bilərik. Çempionat yeni başlayıb. Qazanmaq istəyirdik. İlk hissədə rəqibə oynamağa imkan verdik. İkinci yarıda hesabı bərabərləşdirmək, istəsək də alınmadı".

Belaruslu baş məşqçinin sözlərinə görə, bir oyunla komandaya qiymət vermək düzgün olmaz:

"Tam hazırlığımızı görmək üçün 1-2 dövrə keçməlidir. Heyətin formalaşması başa çatmayıb. Transfer pəncərəsi davam edir. Yeni oyunçular axtarırıq".

O, standard vəziyyətlərlə bağlı komandaya müəyyən tapşırıqlar verdiyini söyləyib:

"Bunun bizim vizit kartımız olacağını deyə bilmərəm. Hər komandanın standard vəziyyətlərdə tapşırıqları olur. Qol vurub, hesabı dəyişmək istəyirdik. Alınmadı".

Baqa yeni transferlərin komandaya uyğunlaşması üçün vaxta ehtiyac olduğunu gizlətməyib:

"Bu prosesin tez olması üçün çalışırıq. Bizim üçün yeni dönəmdir. İlk dəfədir ki, heyətdə legionerlər var. Kəmiyyət keyfiyyət deyil".

Mütəxəssis Filipe Çabinin ilk hissədən sonra əvəzlənməsinə aydınlıq gətirib:

"Məşqdən sonra ayağında ağrıları var idi. Həkimlər lazımi işləri gördü. Səhər ağrısının olmadığını demişdilər".

O, "Legionerli, yoxsa legionersiz "Sumqayıt" daha güclüdür?" sualına bu cür cavab verib:

"Bu barədə danışmaq futbolçulara və məşqçilərə qarşı düzgün olmaz. Əvvəl legionersiz komanda uğurlar əldə edib. Ona görə də şərh etmək istəmirəm".

Baqa komandanın kapitanı Vurğun Hüseynovu ehtiyatda saxlamasının səbəbini də açıqlayıb:

"Kimin yaxşı, kimin pis olduğunu demək olmaz. Heyət seçimim belə idi. Qolda kimisə günahlandırmaq istəmirəm. Zəncirvari səhvlər idi. Digər tərəfdən baxanda bizim də hücumlarımız olurdu, amma cinahdan ötürmələrimiz boş zonalara gedirdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin