Cüdo millimizin İslamiada üçün HEYƏTİ  

Hazırda oxunan: Cüdo millimizin İslamiada üçün HEYƏTİ  

86967

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında iştirak edəcək Azərbaycanın kişi və qadın cüdo millisinin heyəti bilinib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 8 avqust tarixində İslamiadada iştirak üçün böyüklərdən ibarət kişi və qadın milli yığma komandasının hər birindən 7 idmançı Türkiyəyə yola düşəcək. 
Kişilər

Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq). 

Qadınlar 

Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq). 

Yarışda iştirak edəcək kişi cüdo millilərinin hazırda Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək. 
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin