Şahmat yığmamız Slovakiyaya QALİB GƏLDİ

Hazırda oxunan: Şahmat yığmamız Slovakiyaya QALİB GƏLDİ

86858

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, VI turda Slovakiya seçməsi ilə qarşılaşan yığma inamlı qələbə qazanıb - 3:1.

Şəhriyar Məmməmdyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib. Vasif Durarbəyli isə öz görüşünü məğlubiyyətlə başa vurub.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin