Azərbaycan milliləri Şahmat Olimpiadasında Slovakiya və Qazaxıstanla qarşılaşacaq

Hazırda oxunan: Azərbaycan milliləri Şahmat Olimpiadasında Slovakiya və Qazaxıstanla qarşılaşacaq

86732

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri bu gün VI tur oyunlarını keçirəcək.

Bizim.Media xəbər verir ki, ötən tur sürpriz şəkildə Kubadan ilk məğlubiyyətini almış kişi yığması bu dəfə Slovakiya ilə qarşılaşacaq. Qadın millisi isə Qazaxıstanla münasibətlərinə aydınlıq gətirməyə çalışacaq.

Şahmat Olimpiadası

VI tur

Kişilər

Slovakiya – Azərbaycan

Viktor Qazik – Şəhriyar Məmmədyarov

Yuray Druşka – Qədir Hüseynov

Xristofer Repka – Vasif Durarbəyli

Lyubomir Ftaçnik – Nicat Abbasov

Qadınlar

Azərbaycan – Qazaxıstan

Günay Məmmədzadə – Jansaya Əbdumalik

Gövhər Beydullayeva – Bibisara Assaubayeva

Gülnar Məmmədova – Kseniya Balabayeva

Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva

Oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.

Qeyd edək ki, V turun nəticələrindən sonra Azərbaycanın kişi millisi 7 xalla 37-ci yerdə qərarlaşıb. Qadın yığması isə 9 xalla 5-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin