Şahmat Olimpiadası: Azərbaycan Argentina və Yunanıstanı məğlub etdi - FOTO

Hazırda oxunan: Şahmat Olimpiadası: Azərbaycan Argentina və Yunanıstanı məğlub etdi - FOTO

86360

Hindistanın Çennay şəhərində 44-cü Şahmat Olimpiadası davam edir.

Bizim.Media xəbər verir ki, bu gün 3-cü turun oyunları keçirilir. Azərbaycanın kişilərdən ibarət yığması Argentina ilə oynayır və artıq qələbəni təmin edib.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov döyüşlərində qalib gəlib, Nicat Abasov heç-heçə edib, Qədir Hüseynovla oyun davam edir. Hazırda hesab 2,5:0,5-dir.

İlk iki turda Azərbaycan Əlcəzairi (4:0) və Filippini (3:1) məğlub edib. 2-ci turdan sonra aktivində 4 xal olan komandamız 25-31-ci yerləri bölüşdürüb.

Qadınlardan ibarət Azərbaycan yığması bu gün Yunanıstanla qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib. Komandamıza qələbəni üçüncü lövhədə çıxış edən Gövxar Beydullayeva gətirib. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə oynayıblar.

Azərbaycan şahmatçıları bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyanı iki dəfə 4:0 hesabı ilə məğlub ediblər. 4 xalla turnir cədvəlində 1-11-ci yerləri bölüşdürüblər.

Ümumilikdə Şahmat Olimpiadasında 188 kişi komandası və 162 qadın komandası iştirak edir. Müsabiqə 11 turdan ibarət olacaq və avqustun 9-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin