"Fənərbaxça" rəhbərliyi: Ukraynadan üzr istəməyəcəyik

Hazırda oxunan: "Fənərbaxça" rəhbərliyi: Ukraynadan üzr istəməyəcəyik

86339

Türkiyənin "Fənərbaxça" klubu Çempionlar Liqası çərçivəsində Kiyev "Dinamo"su ilə matçda Rusiya prezidenti Vladimir Putinin adını səsləndirən azarkeşlərlə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun başkanı Ali Koç “NTVSpor” telekanalına danışıb.

“Biz Ukraynadan üzr istəməyəcəyik. Ukrayna səfirinin bütün çıxışlarından sonra məhz o, bizdən üzr istəməlidir. Bəli, bu şüarlar klubumuzun kimliyinə uyğun gəlmir. Bəs biz nə etməli idik? Ağızlarını yapışdırmalıydıq? Fənərbaxça camiəsinə damğa vuranları qınayıram. Siz 20 saniyəlik “şüarı” planlaşdılmış kimi təqdim etməyə çalışmamalısınız”, - deyə o, qeyd edib.

Xatırladaq ki, türkiyəli azarkeşlər 57-ci dəqiqədə buraxılan qoldan sonra Vladimir Putinin adını səsləndirməyə başlayıblar.

Polşanın Lodz şəhərində keçirilən ilk görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. İstanbulda baş tutan görüş Kiyevin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin