Cüdoçularımız qızıl medal qazandı

Hazırda oxunan: Cüdoçularımız qızıl medal qazandı

86280

XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışları keçirilib.

Bizim.Media xəbər verir ki, qarışıq komanda yarışında qızlar -52 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, kişilər isə -66 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində mübarizə aparıblar.

Komandamızın heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.

Qızlar arasında -52 kq. çəkidə Könül Əliyeva və Aydan Vəliyeva, -63 kq. çəkidə Fidan Əlizadə, +63 kq. çəkidə Nigar Süleymanova, oğlanlar arasında isə -66 kq. çəkidə Nurlan Kərimli və Eltac Yusifli, -81 kq. çəkidə Qadir Hüseynov və İsmayıl Zamanov, +81 kq. çəkidə Əjdər Bağırov və Kənan Nəsibov güclərini sınayıb.

Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Cüdoçularımız finalda Ukrayna millisini 4:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbə qazanıb.

Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin