Ronaldo "Mançester Yunayted"dən ayrılmaq istəyir – SƏBƏB

Hazırda oxunan: Ronaldo "Mançester Yunayted"dən ayrılmaq istəyir – SƏBƏB

85866

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo klubla müqaviləsini ləğv etmək istədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daily Mail” nəşri yayıb.

Mənbə yazır ki, İngiltərəyə qayıdan Ronaldo Çempionlar Liqasında çıxış edən komanda tapmaq üçün müqaviləni pozmaq istədiyini açıqlayıb. 

Qeyd olunur ki, “Mançester Yunayted” futbolçunu buraxmaq istəmir və portuqaliyalı ilə maraqlanan komandalardan heç bir müraciət daxil olmayıb.

Daha əvvəl bildirilmişdi ki, “mankunianlar”ın baş məşqçisi Erik ten Haq hücumçunu qalmağa razı sala bilməyib.

Ötən mövsüm Ronaldo komandanın heyətində bütün yarışlarda 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin