Barcelona-da borc qorxulu həddə çatdı

Hazırda oxunan: Barcelona-da borc qorxulu həddə çatdı

8529

"Barcelona" klubundakı iqtisadi böhranın miqyası narahat edici həddə çatıb.

Bizim.Media xəbər verir ki, son açıqlamaya görə, klubun 2020-ci ilin sonuna qədər 900 milyon avro borcu olub.

Məlumatda bu rəqəmin 1 milyard avroya yaxınlaşması səbəbindən Kataloniya komandasını çətin günlərin gözlədiyi, borcun 420 milyonunun 1 il içində ödənilməli olduğu bildirilib.

Xüsusilə son illərdə transferlərə əlavə olaraq çox yüksək futbolçu maaşları verdiyi bilinən "Barcelona" koronavirus pandemiyasının da təsirləri əlavə olunduqda tarixinin ən böyük maliyyə qıtlığı ilə qarşılaşıb.

Qeyd edək ki, 26 yanvarda keçiriləcək prezident seçkilərindən sonra klubda yeni radikal qərarların veriləcəyi gözlənilir. (Goal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin