“Bako Saakyan İngiltərədə nə axtarır?”x9d

Hazırda oxunan: “Bako Saakyan İngiltərədə nə axtarır?”x9d

85101
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Moderator.az-a açıqlamasında Dağlıq Qarabadakı qondarma rejimin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı fikirlərini bölüşüb:
 
"Bako Saakyanın İngiltərə səfəri o qədər də dramatik bir hadisə deyil. Vaxtilə Arkadi Qukasyan hətta Fransada, ABŞ-da xeyriyyə marafonları təşkil etmək üçün həmin ölkələrə səfərlər edirdi. Həmin ölkələrdə yaşayan erməni diasporasının imkanlarından istifadə edərək yerli televiziya, radio və qəzetlərdən istifadə edərək vur-tut 5 milyon dollar pul toplaya bilirdi. Təbii ki, bu pul DQ erməniləri üçün kifayət qədər önəmli vəsait olduğundan, hətta onların rəhbəri belə marafonlarda suallara cavab verməklə yanaşı xırda həcmdə pul köçürən adamların əllərini şəxsən sıxırdı. 
Biz dəfələrlə demişik ki, əgər ermənilərin DQ məsələsində yumşaldılmasına nail olmaq istəyiriksə bizim ərazimizi işğal edən, torpaqlarımızı nəzarətdə saxlayan, insanlarımızı evlərindən qovan DQ erməniləri olduqlarını bilsək də belə onlara özümüzün ərazimiz və vətəndaşlarımız siyasətini unutmamalıyıq. Əgər, atanın evində uşaqların arasında münaqişə varsa və onları valideyin eşitmirsə, kimsə onları çağırıb dinləyəcək və sonra sənin üstünə məsləhətçi göndərəcək ki, onun problemini həll edəsən. DQ erməniləri bu gün dünya dövlətləri arasında dəstək axtaracaq ki, Azərbaycana onların “tələbini eşitmələrinə”x9d təsir etsinlər. Təbii ki, DQ ermənilərini və yaxud Ermənistan hökumətini öz istəyindən döndərmək çətin olduğu kimi də Azərbaycan hökumətini də öz haqq mövqeyindən döndərmək çətin məsələdir. 
Avropa ölkələrində separatizm dəyərləndirilmir. Lakin, suveren respublikadan ayrılan və öz müqəddaratını təyin etməyə meylli olan tərəf özünün dövlət institutlarını yaratmaq və dünyada baş verən proseslərə qoşulmaqla bəzən istisnalar qazana bilir. Biz özümüzü aldatmayaq, DQ-da erməni lobbisinin hesabına yuxarıda qeyd etdiyim proseslər gedir. Onlar gün-gündən təbliğat imkanlarını genişləndirirlər. Biz bunu inkar etməklə özümüzü dalana salırıq. 
DQ münaqişəsinin həll olunmasında Rusiya, ABŞ və Fransa daxil olmaqla vasitəçilik qrupu təsirli rol oynaya bilməsə də, onun həllində balansın pozulmasına da imkan verilmir. Əgər, ABŞ və Fransa olmasaydı Rusiya çoxdan münaqişəni onunla sərfəli şərtlərlə əməkdaşlıq edən tərəfin xeyrinə həll etmiş olardı. Bu sərfəli şərt isə heç də müstəqil dövlətin xeyrinə olmaya bilər. Son 25 il göstrib ki, Azərbaycan məhz öz müstəqilliyinə zərər gətirən şərtlərdən uzaq durmağı bacarır. Qərb isə Ermənistanın həddindən çox Rusiyanın təsiri dairəsinə düşməsindən ciddi narahatdır. Ona görə də, Ermənistana göstərmək istəyir ki, onun gələcək problemlərinə biganə deyil, hətta, Qarabağ məsələsi də onun fokusundadır. Bu onu tam Rusiyaya təslim olmaqdan sığortalamaq üçün də edilə bilər. Bako Saakyanın İngiltərə səfərinə bu prizmadan baxsaq, müəyyən ipucları tapmaq mümkün olar."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin