Arda Turan rəsmən “Barselona”x9dda

Hazırda oxunan: Arda Turan rəsmən “Barselona”x9dda

84724
"Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın transferini rəsmiləşdirib.xa0


Moderator.az xa0qol.az-a istinadən xəbər verir ki, türkiyəli futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

"Barselona" bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyəcək. Lakin "Barselona" gələn mövsüm La Liqanın qalibi olarsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləyərsə, o zaman Kataloniya təmsilçisi Arda üçün daha 7 milyon avro ödəməli olacaq.xa0

Ardanın transferi ilə bağlı danışan meneceri Əhməd Bulut bunları deyib: "Beş illik müqaviləyə imza atdıq. Təzminat 41 milyon avro olacaq. Arda çox xoşbəxtdir. Bu, hər futbolçuya nəsib olmaz. Ardanın transferi Türkiyə futbolu üçün böyük uğurdur. Onun "Barselona"ya transferi üçün ay yarım idi ki, görüşlər keçirirdim. Pul məsələsində heç bir problem olmadı. Bu həftə imza mərasimi olacaq".

Qeyd edək ki, 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin