UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, 12 matçda ümumilikdə 142 000-ə yaxın tamaşaçı iştirak edib.
Bakıda keçirilən "Qarabağ" - "Sürix" (İsveçrə) görüşü bu göstəricidə 1-ci olub. Qarşılaşmanı 30 782 azarkeş izləyib.
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu 2-ci (29 min 654) "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı isə 3-cü (20 min 459) olub.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ev oyununda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək.
Xatırladaq ki, "Qarabağ"ın ÇL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex"i ilə keçirdiyi hər iki oyun da ən çox tamaşaçı toplayan görüş olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:28 / 21.07.2022
“Qarabağ”ın oyunu azarkeş sayına görə ən öndə
Hazırda oxunan: “Qarabağ”ın oyunu azarkeş sayına görə ən öndə
Hazırda oxunan: “Qarabağ”ın oyunu azarkeş sayına görə ən öndə
84701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.