İyulun 19-da qarşılaşacaq Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” - “Sürix” (İsveçrə) cütlüyü indiyədək artıq bir dəfə üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, 2015-ci ilin yanvarında bu komandalar Türkiyədəki təlim-məşq toplanışı zamanı görüşüblər.
Antalyada keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Matçda “Qarabağ”ın yeganə qolunu o vaxt komandanın liderlərindən olan braziliyalı Reynaldo Silva vurub.
Həmin matçın icmalını təqdim edirik.
Bizim.Media